Dünya xəbərləri

Moldova Prezidenti Maya Sandu GM200 radarının sərhəddə düşən dronları aşkar etmədiyini bildirib.

Crossmedia.az xəbər verir ki, Moldova Prezidenti Maya Sandu Kişineu şəhərinin Fransadan aldığı GM200 radarının Ukrayna sərhədinə düşən dronları aşkar etmədiyini açıqlayıb.

Qeyd edək ki, hazırkı problemin dövlət başçısı tərəfindən səsləndirilməsi Fransanın radiolokasiya sisteminin effektiv olmadığını göstərir.

Bundan əvvəl, 13 fevralda hakim partiyadan olan deputat Dorian İstrati da GM200 radarının qeyri-effektivliyini vurğulamış və radarın dronları aşkar edə bilməməsinin səbəbini hədəfin aşağı hündürlükdə olması ilə izah etmişdi. Halbuki istehsalçı GM200-ün hədəfləri həm alçaq, həm də yüksək hündürlükdə aşkar edə bildiyini qeyd etmişdi.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il