İordaniya Azərbaycanın etirazından sonra Sarin Ayrapetyanın "Mənim şirin torpağım" filmini "Oskar" mükafatına təqdim ediləcək layihələr sırasından çıxarıb.
Crossmedia.az xəbər verir ki, İordaniya, Azərbaycan hökumətinin etirazından sonra erməni rejissoru Sarin Ayrapetyanın "Mənim şirin torpağım" adlı filmini "Oskar" mükafatından çıxarıb. Film erməni separatçılarının fəaliyyətini izah edir.
Erməni mətbuatının məlumatına görə, Bakı, İordaniya Xarici İşlər Nazirliyinə məktub göndərərək, filmin "Oskar"a namizədliyinin yenidən nəzərdən keçirilməsini tələb edib. Bunun ardınca, İordaniyanın Kinematoqrafiya Krallıq Komissiyası filmi mükafatın nominasiya siyahısından çıxarıb.