Meteohəssas insanlara xəbərdarlıq
Yaxın günlərdə Günəşdə baş verən aktivlik səbəbindən Yer kürəsində maqnit qasırğalarının güclənəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Günəş küləyinin sürətli axını səbəbindən bu gün geomaqnit vəziyyətin nisbətən qeyri-sabit olduğu və G1 səviyyəli zəif maqnit qasırğasının baş verə biləcəyi bildirilir.
Sabah da Günəş aktivliyinin davam edəcəyi, bazar ertəsi isə iki plazma axınının Yerə çatması ilə G2 səviyyəli daha güclü maqnit qasırğasının gözlənildiyi qeyd olunur. Mütəxəssislər maqnit qasırğalarının meteohəssas insanlarda yorğunluq, baş ağrısı və yuxu problemləri kimi narahatlıqlara səbəb ola biləcəyini bildirirlər.
12:52 15.08.2026
Oxunuş sayı: 43