Sumqayıtda 10 yaşlı Tunar 5-ci mərtəbədən YIXILDI – sağ qaldı
Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.
Crossmedia.az-ın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.
2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsindəki eyvanından yıxılıb.
Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
11:23 10.08.2026
Oxunuş sayı: 50