Sumqayıtda 19 yaşlı gənc DAMDAN YIXILARAQ ÖLDÜ
Sumqayıtda bədbəxt hadisə baş verib.
Crossmedia.az-ın məlumtına görə, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birində 2007-ci il təvəllüdlü İsmayılzadə Elnur Vidadi oğlu usta köməkçisi işlədiyi müəssisədə iş görərkən damdan yıxılıb.
Ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
09:51 10.08.2026
Oxunuş sayı: 54