Sabah Masallının iki kəndində qaz olmayacaq
Masallı rayonunun iki kəndində sabah qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az “Report”a istinadən xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 10-da saat 10:00-dan etibarən rayonun Ağakişibəyli və Şərəfə kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişinin aparılan işlərin yekunlaşmasından sonra bərpa olunacağı bildirilib.
18:03 09.08.2026
Oxunuş sayı: 48