Bu 3 bürc yaxın günlərdə sevgiyə qovuşa bilər
Astroloji proqnozlara görə, 9 avqust 2026-cı il bəzi bürclərin şəxsi həyatında dönüş nöqtəsi ola bilər. İddialara əsasən, Veneranın düz hərəkəti üç bürcün emosional təcriddən çıxmasına, insanlarla daha rahat ünsiyyət qurmasına və yeni münasibətlərə açıq olmasına şərait yarada bilər.
Crossmedia.az xəbər verir ki, “YourTango”nun yazdığına görə, həmin bürclər uzun müddət davam edən tənhalıqdan uzaqlaşaraq yeni insanlarla tanış ola və romantik münasibətə başlaya bilərlər.
Astroloji yozumlarda Veneranın hərəkətinin insanın sevgi, münasibətlər və emosional yaxınlıqla bağlı həyatına təsir etdiyi bildirilir.
Lakin qeyd etmək lazımdır ki, astrologiya, tarot, numerologiya, əl falı, ekstrasenslik və digər bu kimi praktikalar elmi disiplin hesab edilmir. Bu yanaşmalar qədim inanclara, ənənələrə və müxtəlif şərhlərə əsaslanır və onların effektivliyini təsdiqləyən obyektiv elmi sübutlar yoxdur.
Bu səbəbdən belə proqnozlar daha çox əyləncə xarakterli məlumat kimi qəbul edilməlidir. Onları mühüm qərarlar qəbul etmək və ya gələcəklə bağlı konkret planlar qurmaq üçün etibarlı mənbə hesab etmək olmaz.
Psixoloji və sağlamlıqla bağlı məsələlərdə isə elmi əsaslı məlumatlara və müvafiq mütəxəssislərin rəyinə üstünlük verilməsi tövsiyə olunur.
16:38 09.08.2026
Oxunuş sayı: 47