Paşinyan Lukaşenkonu ittiham etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına yaxınlaşması prosesinə görə Belarus Prezidenti Aleksandr Lukaşenkonu dolayısı ilə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə açıqlama verib.
O bildirib ki, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşlar Ermənistana "heç kimin onları gözləmədiyini" deyiblər.
Paşinyanın sözlərinə görə, İrəvan bunu mənfi deyil, müsbət siqnal kimi qəbul edib və Avropa istiqamətində fəaliyyətini gücləndirib.
15:41 07.08.2026
Oxunuş sayı: 37