ABŞ və İran danışıqlarında nəticə 48 saata bəlli olacaq
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların uğurla getdiyini bildirib və razılaşmanın nəticələri barədə məlumatın yaxın 48 saat ərzində açıqlana biləcəyini deyib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə məlumat yayıb.
Tramp amerikalı jurnalistlərlə söhbəti zamanı tərəflər arasında aparılan danışıqlarla bağlı nikbin olduğunu ifadə edib.
"Biz çox yaxşı irəliləyirik. 48 saat ərzində hər şeyi biləcəyik", - deyə ABŞ lideri bildirib.
ABŞ və İran arasında mümkün razılaşmanın əsas mövzuları arasında regional gərginliyin azaldılması və qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsi məsələlərinin olduğu qeyd olunur.
17:33 05.08.2026
Oxunuş sayı: 52