2 milyon manatlıq uduşu zibilə atdı
İtaliyanın Bitonto şəhərində yaşayan kişi səhvən 1 milyon avro udduğu lotereya biletini zibilə atsa da, gecə aparılan axtarışlardan sonra bilet tapılıb.
Crossmedia.az xəbər verir ki, "Repubblica" bu barədə məlumat yayıb.
Məlumata görə, kişi satış məntəqəsində iri məbləğin ödənilə bilməyəcəyini göstərən qeydi yanlış başa düşərək biletin uduşsuz olduğunu düşünüb və onu zibilə atıb.
Daha sonra yaxınları lotereyanın nəticələrini yoxlayarkən uduş nömrələrinin həmin biletlə üst-üstə düşdüyünü müəyyən ediblər. Lakin bu vaxt bilet artıq çeşidləmə məntəqəsinə göndərilmişdi.
Zibilin daşınmasına cavabdeh olan "Sanb" şirkəti zibil maşınlarının marşrutunu izləyərək biletin olduğu ərazini müəyyən edib. Gecə saatlarında poliqonda aparılan axtarış nəticəsində bilet digər tullantılar arasında deşilmiş zibil torbasının içində zədələnmədən tapılıb.
Qeyd edək ki, lotereya biletinin uduş məbləği 1 milyon avro təşkil edir ki, bu da təxminən 2 milyon manata bərabərdir.
17:21 05.08.2026
Oxunuş sayı: 47