Qızıla maraq səngimir: Qlobal tələbat milyardlarla dolları keçdi
Cari ilin II rübündə birjadankənar bazarda (OTC) həyata keçirilən əməliyyatlar da daxil olmaqla qızıla qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 1 269 ton təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilir.
Məlumata görə, bununla da cari ilin ilk yarısında qızıla ümumi qlobal tələbat 2 522 tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir.
Hesabata əsasən, qızıla tələbatın dəyəri isə rekord səviyyəyə yüksələrək 380 milyard ABŞ dolları təşkil edib.
11:55 05.08.2026
Oxunuş sayı: 61