Netanyahu: Mövqelərimizdən geri çəkilməyəcəyik
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS tamamilə məhv edilənədək İsrail qüvvələrinin hazırkı mövqelərindən geri çəkilməyəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və komandası HƏMAS-ı tərksilah etməyin və Qəzzanı demilitarizasiya etməyin mümkün olduğunu düşünür.
Netanyahu qeyd edib ki, Ağ Ev bu məsələ ilə bağlı İsrail tərəfinə layihə göndərib. Lakin İsrail baş nazirinin komandası həmin layihə ilə razılaşmayıb.
“Bu, bizim layihəmiz deyil. Biz öz şərhlərimizi göndərmişik. Bu, bizim mövqeyimizdir və biz öz maraqlarımızda qətiyyətlə dayanırıq”, – Netanyahu bildirib.
22:36 04.08.2026
Oxunuş sayı: 58