UEFA İnfantinonun planına etiraz olaraq FIFA turnirlərini boykot edir
UEFA FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planlarına etiraz olaraq FIFA turnirlərini boykot etmək qərarı verib.
Crossmedia.az bu barədə ˝Tass˝-a istinadən xəbər verir.
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov UEFA-nın qərarını düzgün hesab edib. O,İfantinonun qırmızı xətti keçdiyini və özünə hər şeyə icazə verildiyini düşündüyünü bildirib.
Bundan əvvəl “The Times” qəzeti İfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, bu sxem potensial olaraq ona on milyonlarla funt sterlinq gəlir gətirə bilər.
21:20 30.07.2026
Oxunuş sayı: 41