Bura Venesuela deyil… – İranlı nazirin sözlərinə rəsmi etiraz
Venesuela Xarici İşlər Nazirliyi İranın ölkənin dövlət institutları və hakimiyyət orqanları ilə bağlı açıqlamalarına görə İrana rəsmi etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, Sözügedən açıqlamalar İranın xarici işlər naziri Abbas Əraqçinin “Mehr News” agentliyinə müsahibəsi zamanı səsləndirilib.
Venesuela XİN İranın ölkədəki səfiri Əli Çeqinini çağıraraq, Venesuela institutları və hakimiyyət nümayəndələri barədə alçaldıcı və yersiz ifadələrə görə ona rəsmi etiraz notası təqdim edib.
Əraqçi açıqlamasında belə deyib: Bura Venesuela deyil ki, bir nəfəri götürürlər, qalan hər kəs qorxub geri çəkilir.
19:38 29.07.2026
Oxunuş sayı: 36