Vuçiç Kiyev sammitinin yekun bəyannaməsini niyə imzalamadığını açıqlayıb
Serbiya Prezidenti Aleksandar Vuçiç Kiyevdə keçirilən "Cənub-Şərqi Avropa – Ukrayna" sammitinin yekun bəyannaməsini imzalamamaq qərarının əsas səbəbini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Tanjug" bu barədə məlumat yayıb.
Vuçiç bildirib ki, bəyannamənin 11-ci bəndində Rusiyaya qarşı xüsusi tribunalın yaradılması nəzərdə tutulurdu və məhz bu məsələ onun sənədi imzalamamasında əsas rol oynayıb.
Serbiya lideri vurğulayıb ki, ölkəsi BMT Nizamnaməsinə və BMT-nin qəbul etdiyi qətnamələrə əməl edir.
"11-ci bənddə Rusiyaya qarşı xüsusi tribunalın yaradılması nəzərdə tutulurdu. BMT Nizamnaməsi var və biz BMT qətnamələrinə əməl etməliyik. Qalan addımlar isə yalnız münaqişəni daha da alovlandıracaq. Biz bunu görmək istəmirik", – deyə Vuçiç bildirib.
09:39 25.07.2026
Oxunuş sayı: 57