Rusiyanın müdafiə naziri Qara dəniz donanmasında müşavirə keçirdi
Rusiyanın müdafiə naziri Andrey Belousov Qara dəniz donanmasının komanda məntəqəsində işgüzar müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belousov Qara dəniz donanmasının fəaliyyətini yoxlayıb və komandanlığın məruzələrini dinləyib.
Nazir bildirib ki, düşmənin hava hücumu vasitələrinin aşkar edilməsi və zərərsizləşdirilməsi sisteminin imkanlarının artırılması Qara dəniz donanmasının əsas prioritetlərindən biridir.
Qara dəniz donanmasının komandanı admiral Sergey Pinçuk donanmanın qarşısında duran tapşırıqlar, döyüş hazırlığının qorunması və regionda hərbi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər barədə məruzə edib.
Səfər çərçivəsində Belousov Ukraynada döyüş əməliyyatları zonasında fərqlənən Qara dəniz donanmasının hərbi qulluqçularına dövlət mükafatlarını da təqdim edib.
15:16 03.07.2026
Oxunuş sayı: 46