KİV: Uitkoff və Kuşner Rusiya nümayəndələri ilə demək olar hər gün əlaqə saxlayır
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya rəsmiləri ilə demək olar ki, hər gün əlaqə saxlayırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər müntəzəm təmaslar vasitəsilə mövcud vəziyyəti və mümkün növbəti addımları müzakirə edirlər.
Mənbənin sözlərinə görə, zərurət yaranacağı təqdirdə Trampın nümayəndələri gələcək addımların müzakirəsi üçün həm Rusiyaya, həm də Ukraynaya səfər etməyə hazırdırlar.
15:11 03.07.2026
Oxunuş sayı: 49