Belarus rəsmisindən vətəndaşlara təcili "Rusiyaya getməyin" çağırışı
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə vətəndaşlarını Rusiyaya, xüsusilə də sərhədyanı bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, dövlət katibi bildirib:
“Əziz belaruslular, bu gün Rusiyaya, xüsusilə sərhəd bölgələrinə səfər etməkdən çəkinin. Orada hər gün dronlar düşür və xoşagəlməz hadisələr baş verir”.
Açıqlamada regiondakı təhlükəsizlik vəziyyətinin gərgin olduğu vurğulanıb və ehtiyatlı davranmaq tövsiyə edilib.
20:52 02.07.2026
Oxunuş sayı: 57