“Smart Customs” ilin ən yaxşı mobil tətbiqi seçilib
NETTY-2024 Azərbaycanın Milli İnternet Mükafatının 19-cu mükafatlandırma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir. Bildirilir ki, Komitənin “Smart Customs” mobil tətbiqi "NETTY-2024" Azərbaycanın Milli İnternet Mükafatının “Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilin ən yaxşı mobil tətbiqi seçilib.
“e-customs.gov.az” elektron portalı isə “ Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilk üçlükdə yer alıb.
Müsabiqəyə təqdim edilən layihələr, NETTY Akademiyasının və ekspertlər şurasının üzvləri, həmçinin virtual jürilər tərəfindən dəyərləndirilib.
17:37 19.12.2024
Oxunuş sayı: 5333