Sosium

“İsrailin növbəti hədəflərindən biri Yəməndir” - Konfliktoloq AÇIQLAYIR

Orta Şərqdə gərginliklər azalmır. İndi isə İsrail gözünü Yəmənin strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına dikib. Bu boğaz, yalnız enerji nəqliyyatında deyil, eyni zamanda geosiyasi balansda da mühüm rol oynayır. İsrailin növbəti hədəfi olan Yəmən və bu boğaz uğrunda mübarizə, regional güclər arasındakı dinamikanı yenidən dəyişə bilər.

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev Crossmedia.az-a açıqlama verib: 
 
“İsrailin növbəti hədəflərindən biri də Yəməndir. Bab əl-Məndəb boğazının mühüm hissəsinə nəzarət edir və bu boğaz enerji nəqliyyatında mühüm rol oynayır. İsrail Orta Şərqdə strateji nə mövqe varsa ələ keçirməyə çalışacaq. Suriya ilə məsələ bitdikdən sonra, Qəzzada atəşkəs olacaq və ardınca yeni hədəflər müəyyən ediləcək. Husilər də İsrailə maneə törədənlərdəndir”.

Samirə Şərif

06:34 19.12.2024

Oxunuş sayı: 4966

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR