Qlobal kontekstdə Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı əsas risklər açıqlanıb
Qlobal kontekstdə Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı əsas risklər açıqlanıb.
Bu barədə Crossmedia.az-a geniş müsahibəsində iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Gündüz Camalzadə deyib.
O, bildirib ki, əsas risk xarici şokların daxili bazara ötürülməsidir: "Müharibə mühiti, enerji böhranları, logistika fasilələri, iqlim krizi kimi faktorlar hamısı qlobal ərzaq sisteminin zəif nöqtələrini üzə çıxarır. Azərbaycan isə bu risklərə qarşı rasional bir yanaşma sərgiləyərək yerli istehsalın genişləndirilməsi, regionlarda aqrar istehsalın canlandırılması, azad edilmiş ərazilərdə aqroparkların qurulması üzərində çalışır. İdxala tam asılılığı azaltmaq, daxili istehsal potensialını möhkəmləndirmək, eyni zamanda ticarət kanallarını açıq saxlamaq zəruridir. Prezidentin müşavirədəki ifadəsinin məntiqi budur ki, hər ölkə öz ərzaq təhlükəsizliyini prioritet gündəm kimi qəbul etməlidir. Nəzərə alsaq ki, son illər pərakəndə ticarət şəbəkələrinin inkişafı durağanlıq yaşadığı dönəmdir, bu timsalda özəl sektorun canlandırılması üçün ölçüləbilən dəstək tədbirləri təklif olunması zəruridir".
20:29 28.05.2026
Oxunuş sayı: 61