Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub
Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.
Crossmedia.az xəbər verir ki, 5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram çəkisi olan "bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr"dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan istiqamətinə yola düşüb.
20:11 26.05.2026
Oxunuş sayı: 52