Rusiya nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib
Nüvə silahına malik ölkələr arasında birbaşa hərbi toqquşma riski hazırda artmaqdadır və fəlakətli nəticələrə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Beynəlxalq Təhlükəsizlik Forumunda bildirib.
Tədbir çərçivəsində jurnalistlərə verdiyi açıqlamada o, qeyd edib ki, Rusiya ABŞ ilə əlaqələrdən imtina etmir, lakin yüksək səviyyəli dialoq Vaşinqtondan asılıdır.
20:07 26.05.2026
Oxunuş sayı: 58