Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü, o cümlədən Qurban bayramı münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
13:50 26.05.2026
Oxunuş sayı: 58