KİV: İsrail və ABŞ İrana yeni hücuma hazırlaşır
İsrail və ABŞ-nin Hörmüz boğazında Vaşinqton və Tehran arasında gərginliyin artdığı bir vaxtda İrana təzyiqi artırmaq üçün mümkün hücuma hazırlaşdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, CNN-ə danışan bir İsrail mənbəyi enerji infrastrukturunun və yüksək vəzifəli İran rəsmilərinin hədəfə alına biləcəyini bildirib.
"Məqsəd İranı danışıqlarda daha çox güzəştə getməyə məcbur etmək üçün qısamüddətli hərbi əməliyyat keçirməkdir"-deyə, o, qeyd edib.
İsrailli mənbə planın əsasən ötən ay atəşkəsdən əvvəl hazırlandığını bildirib və əlavə edib ki, hücumların başlanması ABŞ prezidenti Donald Trampın son qərarından asılıdır.
22:46 05.05.2026
Oxunuş sayı: 64