“Əhvalati-Qarabağ” əsərinin müəllifi kimdir?


Məhəmmədəli bəy Məxfinin yaradıcılığı ilə tanış olmaq üçün onun 2001 – ci ildə nəşr etdirdiyimiz “Qəzəllər” kitabına yazdığımız ön sözü oxuculara təqdim edirik.
XIX əsr Azərbaycanın ən mötəbər poeziya
məbədgahlarından olan Şuşa ədəbi məktəbinin yetirməsi, öz istedad və yüksək
intellektual səviyyəsi ilə cəmiyyətin ən yüksək dairələrində sayılıb-seçilən sənətkarlar
səviyyəsinə ucala bilən şəxsiyyətlərdən biri də Məhəmmədəli bəy Məşədi Əsədulla
bəy oğlu Vəlizadə Məxfidir. İlk mənbələrdə onun adı ehtiramla yad edilsə də,
barəsində çox qısa məlumat verilmişdi. Əsasən, Qarabağ ədəbi mühitini əks etdirən
üç dəyərli mənbənin – “Təzkireyi-Nəvvab”, “Riyazül-aşiqin” və “Azərbaycan ədəbiyyatı
tarixi materialları” – hər üçü Məxfinin yüksək savadlı, dövlət qulluğunda
çalışan, rus dilini mükəmməl bilən bir ziyalı olduğunu qeyd edirlər. Bu barədə
M. M. Nəvvab yazır: “Ömrünü Rəvan (İrəvan), Qarabağda hakimliklə (dövlət
qulluğunda) keçirib. Rus dilini çox yaxşı bilirdi. Rus dilindən Azərbaycan
dilinə əsərlər çevirmişdir” . M. Müctəhidzadə isə - “1305 sənəyi-hicriyyədə rus
qulluğunda oluban əksər ovqat ərbabi-hal və əshabi-kəmal ilə ruzigar keçirər
imiş” məlumatını verir.
Bu mənbələrə əsaslanan tədqiqatçı N.
Qarayev onun ana dilindən başqa, fars və rus dillərini də gözəl bildiyini və məhz
rus dilini gözəl bilməsi sayəsində bir müddət Şamaxı, Tiflis, İrəvan və Şuşada
dövlət idarələrində qulluq etdiyini göstərir.
XIX əsr Azərbaycanın ən mötəbər poeziya
məbədgahlarından olan Şuşa ədəbi məktəbinin yetirməsi, öz istedad və yüksək
intellektual səviyyəsi ilə cəmiyyətin ən yüksək dairələrində sayılıb-seçilən sənətkarlar
səviyyəsinə ucala bilən şəxsiyyətlərdən biri də Məhəmmədəli bəy Məşədi Əsədulla
bəy oğlu Vəlizadə Məxfidir. İlk mənbələrdə onun adı ehtiramla yad edilsə də,
barəsində çox qısa məlumat verilmişdi. Əsasən, Qarabağ ədəbi mühitini əks etdirən
üç dəyərli mənbənin – “Təzkireyi-Nəvvab”, “Riyazül-aşiqin” və “Azərbaycan ədəbiyyatı
tarixi materialları” – hər üçü Məxfinin yüksək savadlı, dövlət qulluğunda
çalışan, rus dilini mükəmməl bilən bir ziyalı olduğunu qeyd edirlər. Bu barədə
M. M. Nəvvab yazır: “Ömrünü Rəvan (İrəvan), Qarabağda hakimliklə (dövlət
qulluğunda) keçirib. Rus dilini çox yaxşı bilirdi. Rus dilindən Azərbaycan
dilinə əsərlər çevirmişdir” . M. Müctəhidzadə isə - “1305 sənəyi-hicriyyədə rus
qulluğunda oluban əksər ovqat ərbabi-hal və əshabi-kəmal ilə ruzigar keçirər
imiş” məlumatını verir.
Bu mənbələrə əsaslanan tədqiqatçı N.
Qarayev onun ana dilindən başqa, fars və rus dillərini də gözəl bildiyini və məhz
rus dilini gözəl bilməsi sayəsində bir müddət Şamaxı, Tiflis, İrəvan və Şuşada
dövlət idarələrində qulluq etdiyini göstərir.
Mirzə Vəli Vidadi haqqında məlumat verən
M. M. Nəvvab onun nəsli-nəcabəti, anadan olduğu yer haqqında, Qarabağ xanı
İbrahim xanla simsarlığı, mühüm dövlət məsələsi ilə əlaqədar olaraq xan tərəfindən
İrana göndərilməsi və başına gələn faciələr haqqında düzgün məlumat versə də,
onun şeirlərini Vaqifin yaxın dostu Molla Vəli Vidadinin şeirləri ilə
qarışdırmışdır. Lakin Mirzə Vəli Vidadi həqiqətən də Qarabağın ictimai-siyasi həyatında
mühüm rol oynayan şəxsiyyətlərdən idi. İbrahimxəlil xan Cavanşir ona böyük etimad
göstərirdi. O, İbrahimxəlil xanın qohumu və ən yaxın məsləhətçilərindən biri
idi. Təsadüfi deyil ki, bəzi mənbələrdə onun adı “Qarabağın düşünən beyinlərindən
biri” kimi qeyd olunur. Onun Molla Molla
Pənah Vaqiflə də möhkəm dostluğu olmuşdur. Hətta Vaqifi Pənahəli xana təqdim edən
və onun saraya gəlməsinə şərait yaradan da Mirzə Vəli olmuşdur. Mirzə Vəli şeir
də yazmışdır. Məhəmmədəli bəy Məxfi belə bir nəslin davamçısı olmuşdur. Onun
atası Məşədi Əsədulla bəy Vəlizadə də Ağdam rayonunun Baharlı kəndində
yaşamışdır. Lakin Məhəmmədəli bəy təqribən 1821-ci ildə Şuşada dünyaya göz
açmış, ilk təhsilini də orda, yeni tipli məktəbdə almışdır. Fitri istedada
malik olan bu gəncin fars və rus dillərini mükəmməl öyrənə bilməsi onun sonrakı
taleyində mühüm rol oynamışdır. O, dövlət idarələrində çalışmış, Tiflis və İrəvanda
olarkən ziyalılarla dostluq əlaqəsi yaratmışdı.
XIX əsrin ən mütərəqqi hadisələrindən
olan “Əkinçi” qəzeti əksər ziyalılar kimi Məhəmmədəli bəyi də özünə cəlb
etmişdi. O, harda olmasından asılı olmayaraq böyük maarifçi-demokrat H. Zərdabi
və onun təsis etdiyi “Əkinçi” qəzeti ilə
mütəmadi olaraq əlaqə saxlamışdı. Ölkə daxilində, eləcə də qonşu dövlətdə baş
verən mühüm hadisələrə biganə qalmamış, çox zaman qəzet vasitəsi ilə fikrini
oxucularına çatdırmağa çalışmışdır.
Həmin illərdə İranda olan ağır vəziyyət, xalqın zülm və istibdad əlindən
ölkədən didərgin düşərək başqa dövlətlərə pənah aparması bir ziyalı kimi, onu
da narahat etmişdir. Nəsrəddin şah Avropadan qayıtdıqdan sonra bu axının
qarşısını almaq üçün 1875-ci ildə fərman verdi. Həmin fərmana münasibətini
bildirən Məhəmmədəli bəy yazırdı ki, şah Avropadan qayıtdıqdan sonra fərman
verib ki, qaçqınlar vətənlərinə qayıtsınlar və asudə yaşasınlar. Ümidvarıq ki,
bu fərmandan sonra İran dövlətinin rəiyyətləri hakimlərin zülmündən xilas olub
sair dövlətlərin rəiyyətləri kimi öz vətənlərində kəsbkarlıqla məşğul olsunlar.
Bununla yanaşı, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda mühafizə olunan bir sıra cüng və məcmuələrdə
şairin Azərbaycan və fars dillərində gözəl şeirləri var. Şairin əlimizdə olan
“Qəzəliyyat məcmuəsi” onun kamil bir qəzəlxan şair olduğuna sübutdur. Nəvvab
onun fars və Azərbaycan dillərində divanı olduğunu qeyd edir. Digər təzkirəçilərin
verdiyi məlumata görə onun hər bəhr və səpgidə şeirləri olmuşdur. Bu isə şairin
şeir texnikasına, onun incəliklərinə yaxından bələd olduğunu bir daha sübut
edir.
Harada işləməsindən asılı olmayaraq Məxfi
Qarabağda mövcud olan ədəbi ictimaiyyətlə həmişə təmasda olmuşdur. O, məclislərə
fərq qoymamış, hamı ilə dostluq əlaqəsi yarada bilmişdir. Belə ki, müqtədir tədqiqatçı
Firidun bəy Köçərli onun “Məclisi-fəramuşan”ın
üzvü olduğunu qeyd etdiyi kimi, Mirzə Rəhim
Fəna və Həsənəlixan Qaradaği də onu “Məclisi-üns”ün üzvü olduğunu qeyd edirlər. Ümumiyyətlə,
Qarabağ şairlərinin əksəriyyəti həmin dövrdə fəaliyyət göstərən hər iki məclisdə
sərbəst iştirak edə bilirdilər.
Məxfinin ölüm tarixi haqqında verilən məlumat
da müxtəlifdir. Müctəhidzadə onun 1305 (1887), İ. Tahir 1308 (1890), F. Köçərli
1310 (1892), Nəvvab və H. Qaradaği isə 1309 (1891)-ci ildə vəfat etdiyini göstərirlər.
fikrimizcə, bu məlumatlardan sonuncusu daha dəqiqdir. Çünki bir qayda olaraq vəfat
edən məşhur şəxslərə maddeyi-tarix yazan H. Qaradaği adəti üzrə Məxfinin ölümü
münasibəti ilə də farsca maddeyi-tarix yazmışdır:
Məxfi ke bud şəme-şəbəstene-əhle-del,
Xamuş kəşte əz setəme-bade-ruzgar...
...Tarixe-rehlətəş to əgər cüstucu koni
Hezar-o se səd-o nohhom şomar.
(Ürək əhli olanların qaranlıq gecəsinin
şəmi olan Məxfi,
Zəmanə küləyinin sitəmindən susdu...
Onun vəfat tarixini əgər sən axtarsan,
Min üç yüz doqquzu hesabla.)
Məhəmmədəli bəy Məxfi XIX əsr Füzuli ədəbi
məktəbini davam etdirən şairlər içərisində
öz dəsti-xətti, yaradıcılıq üslubu ilə seçilən sənətkarlardandır. O, sözün əsl
mənasında klassik poeziyanın, eləcə də dahi Füzulinin vurğunu idi. Bu izlər
onun yaradıcılığında aydın şəkildə hiss olunur. Düzdür, ədəbiyyat tariximizdə
Füzulidən sonra gələn və onun cazibəsinə düşməyən şair tapmaq mümkün deyil.
Lakin bu şairləri başdan-başa adi nəzirəçi hesab etmək, fikrimizcə, düz
olmazdı. Füzuliyə nəzirə yazıb onu uğurla təqlid etmək və füzuliyanə şeirlər
yaza bilməyin özü ədəbiyyatımızda müsbət hadisə kimi qəbul olunmalıdır. Orta əsrlər
və XIX əsr ədəbiyyatımızın əsas inkişaf xətlərindən biri də məhz bu idi. Məhəmmədəli
bəy Məxfi də bu axının önündə gedən, Füzuli məktəbindən bəhrələnib, orijinal sənətkar
səviyyəsinə ucala bilən şəxslər sırasında dayanır. Lakin o, sələfindən fərqli
olaraq məhəbbətin ən uca pilləsi olan platonizmdə dayanmır, onu səmalardan
endirib reallaşdırmağa, həyatiləşdirməyə çalışır. Bunun üçün konkret obyektlər
seçir, müxatibinin dəqiq ünvanını, onun cizgilərini, əlamətlərini poetik
detallarla təsvir etməyə çalışır:
Məxfi, sevdayi-məcazidən usan, nəfi yox,
Dut həqiqət yolunu sal ələ mövla ətəgin.
- deyən sənətkar real gözəlliyə daha
yüksək qiymət verir, romantik məhəbbət fonunda yaranmış dəruni hissləri
reallaşdırmağı birinci növbədə özünə, daha sonra isə oxucusuna tövsiyə edir. Bu
məqamda ikinci bir sələfi – M. P. Vaqifin izinə, düşür. Lakin bu izi də tapdağa
çevirmir, özünə yeni cığırlar açmağa çalışır. Yaratdığı ünvanlı şeirə Vaqifin
gözü və Füzulinin ürəyi ilə yanaşır. “Bikəm”, “Məryəm” rədifli şeirlərdə oxucu
bu hissləri yaşamalı olur:
Könül mürğü səri-zülfündə olmuş mübtəla,
Məryəm,
Düşübdür piçü tab içrə əcəb bu binəva, Məryəm.
Təmaşayi-cəmalın üçün behişti tərk edib
Adəm,
Gəlib bu aləmə bir dəm nəzər qılsın
sana, Məryəm.
Yaxud:
Nə münasib ki, yüzün bərgi-gülə nisbət
edim,
Arizin tənə urar hər güli-həmrayə, Bikəm.
Səni hər kəs görə divanə olur, sanma gələ,
Sən kimi böylə gözəl bir də bu dünyaya,
Bikəm.
Başqa şeirlərində olduğu kimi, bu şeirlərində
də Məxfi orijinallığı özünü göstərir. O, fikrini konkret ifadə etməyi bacarır.
Sevgisini izhar edəndə də çətinlik çəkmir, onu yığcam, dəqiq və lakonik şəkildə
bildirir, konkret poetik duyumlarla, bədii deyimlərlə sözün qüdrətini nümayiş
etdirir. Oxucunun gözləri qarşısında onun yeni ecazını yarada bilir:
Nəzrdir can vəslinə, təndə əzizimdir mənim,
Yaxud:
Zəkati-hüsnünü, cana, bənə ver,
müflisi-eşqəm
Ki, yoxdur eşq bazarında billah, mən
kimi sail.
Yaxud:
Yarı bimar eşidib canımı qurban demişəm,
Necə qurban deməyim, gözlərimin qarəsidir.
Bu sevən aşiqin etirafıdır. Onun
sevgisinə, məhəbbətinə, sədaqətinə şübhə yeri qalmır. Məşuqə üçün bundan böyük
fədakarlıq ola bilməz. Aşiq heç bir tərəddüd etmədən onun yolunda canından keçməyə,
dinindən dönməyə hazırdır. Aşiq üçün məşuqədən ali və müqəddəs qüdrət yoxdur.
Onun yaşadığı yer Kəbədən mötəbər, qaşları Mehrabdan müqəddəs, ləl dodaqları isə
Kövsər suyundan da şirindir:
Kuyi-yarı tərk edib bel bağlarammı Kəbəyə?
Yar kuyi aşiqə, billah, ziyarətdir əcəb.
Bənə mehrabü minbər vəsfin ovsaf edən
zahid,
Qaşın tağın görüb yeksər, çəkibdir əl
ibadətdən.
Əgməzəm Mehraba baş, qaşın degilmi minbərim,
Abi-heyvan istəməm, ləli-ləbindir Kövsərim.
Təsvir olunan gözəl təxəyyülün məhsulu
deyil. O, şairin şəxsən tanıdığı sərv boylu, nazənin yerişli, bənövşə ismətli
Qarabağ gözəlidir. Bu, elə gözəldir ki, gülşənə çıxarkən güllər, çiçəklər onun
gözəlliyi qarşısında xəcalət çəkir:
Sərvə həmta eyləmək, əlhəqq, qələtdir,
qamətin
Sərvi pabənd eyləmiş gülşəndə rəftarın sənin.
Arizin göstər gülə, gülşəndə həmralanmasın,
Sərvə göstər qamətin, ta sərv rənalanmasın.
Eşidib sərvim gülüstana xuraman olduğun,
Səcdə etmiş bənəfşə, qamətin etmiş duta.
Zahiri gözəlliklə yanaşı məşuqə həm də mənən
gözəldir. Onda çiçək gözəlliyi ilə yanaşı, bənövşə isməti də var. Bu gözəlliklər
qarşısında ismət təcəssümü olan bənövşə xəcalət çəkir:
Xətti-reyhanı ol rüxsarı üzə çıxdığın
bilmiş,
Bənəfşə qəddini əgmiş çəmənlərdə xəcalətdən.
İnsan gözəlliyini bütün gözəlliklərin
fövqündə saxlayan şair yarının dodaqlarına həyat suyu deyənlərlə razılaşmır,
bunu yarı üçün təhqir hesab edir. Çünki onun nəzərində məşuqənin dodaqları həyat
suyundan daha da şərafətlidir:
Bərabər eyləmişlər ləblərin abi-həyat ilə,
Bu böhtan ilə salmışlar ləli-ləbin şərafətdən.
Şairin tərənnüm etdiyi məhəbbət ülvidir, səmimidir, pakdır. Bu hisslər onun qəzəllərində son dərəcə təbii, orijinal şəkildə öz əksini tapmışdır. Onun hər bir qəzəli oxucuda yeni duyğu, yeni hiss yaradır. İnsanı sevib sevilməyə, əsl məhəbbətin əbədiliyinə, inama səsləyir.
Məxfinin əlimizdə olan əsərlərində XIX əsr
ədəbiyyatımız üçün xarakterik olan kəskin ictimai motivli şeirlər yoxdur.
Aşiqanə şeirlərində ara-sıra rast gəldiyimiz etiraz və narazılıqları isə ciddi
deyil, ötəridir. Məişət xarakterli bu qəbil şeirlərində şair Qarabağda, xüsusilə
də, Şuşada gününün xoş keçməməsi, həmdəmi, dildarı olmamasından gileylənir.
Bu Qarabağda xoş keçmədəi ovqati-əziz,
Nə durubsan, başını, Məxfi, götür bir yana
qaç.
Məxfi də müasirləri kimi şeirlərində ərəb-fars
tərkiblərinə müəyyən yer vermişdir. Lakin bəzi müasirlərindən onu fərqləndirən
başlıca cəhət ondan ibarətdir ki, şair bu tərkiblərdən geniş şəkildə deyil,
yalnız məqamı gəldikdə istifadə etmişdir. Onun işlətdiyi bu tərkiblərin əksəriyyəti
XIX əsr ədəbi dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Ona görə də şairin dili
sadə, aydın və oxunaqlıdır.
Gözəl təbə malik olan Məhəmmədəli bəy Məxfi
şeir texnikasının bütün incəliklərinə bələd olmuş, bədii təsvir və ifadə vasitələrindən,
atalar sözü və məsəllərdən məharətlə istifadə edə bilmişdir. Onun şeirlərində
poeziyanın bəzəyi olan bədii təsvir və ifadə vasitələrinin bütün çalarlarına
rast gəlinir. Məhz bunun nəticəsi idi ki, şeir sərrafı Nəvvab onun əsərlərini
oxuduqdan sonra – “şeir və qəzəl deməkdə əvəzi yox idi” – qənaətinə gəlmişdir.
Hələ şairin sağlığında onun şeirlərinin pərəstişkarları olan bəzi müasirləri –
Məmo bəy Məmai, Hacı Abbas Agəh, Mirzə Ələsgər Növrəs, Bəhram bəy Fədai, Həsən
Qarabaği şairin əsərlərinə nəzirələr yazmışlar. Çünki şair özü demişkən, onun
poeziyasında qəlbi və ürəyi döyünür. Yaratdığı nə varsa təbiidir, həyatidir,
özününküdür. Gül ləçəyində onun riyahəsi gizləndiyi kimi, Məxfi də sözün,
şeirin içərisində gizlənib. Onu axtaran sözündə, şeirində tapa bilər:
Dər soxən məxfi şodəm manəndi-bu dər bərge-qol,
Hər ke darəd meyle-dildən dər soxən binəd məra.
(Gülün qoxusu ləçəyində gizləndiyi kimi,
mən də sözlərimdə gizlənmişəm.
Məni görmək istəyən sözlərimdə tapa bilər).
Şair hələ sağlığında özünə, sənətinə çox düzgün qiymət vermişdir.
Görüb əşarımı ol ləbləri şəkkər dedi, Məxfi,
Qarabağ içrə bir də sən kimi şirinzəban çıxmaz.
Raqub
Kərimov
Filologiya elmləri doktoru, professor,
10:02 02.05.2026
Oxunuş sayı: 3450