Beka Kandelaki və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar
Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar.
Crossmedia.az xəbər verir ki, B.Kandelaki yarımfinalda Dariuş Viteklə üz-üzə gəlib.
B.Kandelakinin macarıstanlı güləşçi ilə görüşündə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər.
İslam Abbasov (87 kq) isə yarımfinalda Bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.
Həmçinin 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.
21:47 20.04.2026
Oxunuş sayı: 73