Azərbaycan nefti Çexiya üçün prioritetə çevrilib
Çexiya Rusiya neftini Azərbaycan nefti ilə əvəz edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
2025-ci ilin sonuna qədər Azərbaycan Çexiyanın ən böyük neft tədarükçüsü olub və xam neft idxalının 42%-dən çoxunu təşkil edib. Rusiya isə bu bazarda uzun müddətdir liderliyini itirib.
Rusiyanın payı bir il əvvəlki 42%-dən və əvvəlki illərdəki 50%-dən çoxdan 7,7%-ə düşüb.
Ümumilikdə, Çexiya 2025-ci ildə 6,85 milyon tondan çox neft idxal edib ki, bu da illik müqayisədə 5,5% artım deməkdir.
Rusiyanın payının azalması mart ayında hələ bərpa olunmayan "Drujba" boru kəməri ilə tədarükün dayandırılması ilə əlaqədardır.
21:10 18.04.2026
Oxunuş sayı: 44