Tramp Avropaya Ukrayna ilə bağlı xəbərdarlıq edib
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün yaradılacaq koalisiyaya qoşulmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşr iddia edir ki, Tramp bu çağırışa əməl olunmayacağı təqdirdə Ukraynaya silah tədarükünün dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqton NATO ilə bağlı bütün məsələləri, o cümlədən Ukraynaya dəstək mövzusunu yenidən nəzərdən keçirir.
22:47 01.04.2026
Oxunuş sayı: 63