“Hollivudun qaranlıq sirləri” üzə çıxdı
Amerikalı aktyor və rejissor Mel Gibson Hollivudla bağlı səsləndirdiyi iddialarla yenidən diqqət mərkəzinə düşüb. Belə ki, bir sıra müsahibələrində o, televiziya aparıcısı Ellen DeGeneres və aktyor Leonardo DiCaprio haqqında qalmaqallı ittihamlar səsləndirib.
Gibson iddia edib ki, bəzi Hollivud nümayəndələri vaxtilə maliyyəçi Ceffri Epşteyn ilə əlaqəli olduğu deyilən adada gizli mərasimlərdə iştirak ediblər. Onun sözlərinə görə, həmin mərasimlər zamanı qeyri-qanuni fəaliyyətlər baş verib. Lakin aktyor bu iddiaları təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Rejissor bildirib ki, belə cinayətlər baş verərsə, onların ən sərt şəkildə cəzalandırılması vacibdir. O vurğulayıb: bu cür əməllər insanlığa qarşı ciddi cinayətlər kimi qiymətləndirilməlidir.
Məlumata əsasən, aktyor daha əvvəl də Hollivud sənayesində “qapalı və qaranlıq proseslərin” mövcud olduğunu iddia edib. Onun fikrincə, film sənayesinin parlaq görüntüsünün arxasında ciddi problemlər gizlənir.
Mel Gibson, həmçinin, bu mövzuda illər əvvəl danışmaq istədiyini, lakin təzyiqlərlə üzləşdiyini bildirib. O, ailəsinin təhlükəsizliyi səbəbindən uzun müddət susmağa məcbur qaldığını deyib və indi bu barədə açıq danışa bildiyini qeyd edib.
Gibsonun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aktyoru əsassız ittihamlar səsləndirməkdə günahlandırır, digərləri isə məsələnin araşdırılmalı olduğunu bildirir.
20:33 15.03.2026
Oxunuş sayı: 147