Fidan: Milli təhlükəsizlikdə güzəşt olmayacaq
Türkiyə Xarici İşlər naziri Hakan Fidan Yaxın Şərqdə baş verən son hadisələri, xüsusən Türkiyəyə raket atılmasını şərh edib. O bildirib ki, Ankaranın sülh və sabitlik üçün səyləri heç bir halda ölkənin milli təhlükəsizliyinə güzəştə gedəcəyi demək deyil.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Fidan əlavə edib ki, hazırda İran tərəfi ilə əlaqələr davam edir. O həmçinin İsrailin Livana hücumları ilə bağlı narahatlığını ifadə edərək, Baş nazir Netanyahunun “Hizbullahla mübarizə bəhanəsi altında yeni bir soyqırıma doğru irəliləməsi”ni vurğulayıb.
12:15 15.03.2026
Oxunuş sayı: 46