Marsol Academy komandaları Antalyada beynəlxalq mərhələyə vəsiqə qazandı
Marsol Academy komandaları beynəlxalq startup olimpiadasında böyük uğur qazandı
Bakıda keçirilən Fibonacci Beynəlxalq Robot, Startup və Sahibkarlıq Olimpiadasında Marsol Academy-nin “Gənc Sahibkar” qrupunun komandaları mühüm uğura imza atıb. Akademiyanın iştirakçıları təqdim etdikləri 6 layihə ilə 4 birincilik və 2 Jury Award mükafatı qazanıblar.
7–8 mart tarixlərində Bakı İdman Sarayında təşkil olunan olimpiada ITECX College Congress 2026 çərçivəsində baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox şagird və tələbə, eləcə də 350-yə yaxın komanda iştirak edib. Startup və sahibkarlıq kateqoriyasında isə təxminən 150 komanda innovativ layihələri ilə yarışaraq öz ideyalarını təqdim edib.
Müsabiqə çərçivəsində özəl və dövlət məktəblərinin, həmçinin universitetlərin şagird və tələbələri müxtəlif kateqoriyalar üzrə yarışaraq biznes, mühəndislik və proqramlaşdırma sahələrində bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar eyni zamanda innovativ ideyalarını təqdim edərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Tədbir çərçivəsində həmçinin “Global Thought Leaders Panel Session” təşkil olunub. Panel müzakirələrində süni intellekt, robototexnika, riyaziyyat və gələcəyin təhsil trendləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Paneldə aşağıdakı nüfuzlu universitetlərin professor və akademikləri iştirak ediblər:
University of Toronto
University College London
University of Bologna
The University of Edinburgh
Lazarski University
Həmin universitetlərin akademik nümayəndələri iştirakçıların layihələrini qiymətləndirərək texnologiya və innovasiya sahəsində yeni trendlər barədə fikirlərini bölüşüblər.
Olimpiadada Marsol Academy-nin “Gənc Sahibkar” qrupunun 6 komandası startup layihələri ilə iştirak edib və onların təqdim etdiyi bütün layihələr mükafat qazanıb.
Birinci yerə layiq görülən layihələr:
Cleorex — Green Entrepreneurship
Nutrizadeh — Health Tech Entrepreneurship
Nopick — Robotech Entrepreneurship
Vrity — SoftTech Entrepreneurship
Jury Award mükafatı qazanan layihələr:
Soulcraft — SoftTech Entrepreneurship
Qritio — SoftTech Entrepreneurship
Olimpiadanın sonunda qaliblər universitet nümayəndələrinin iştirakı ilə təqdim edilən və həmin ali təhsil müəssisələri tərəfindən tanınan beynəlxalq sertifikatlarla təltif olunublar.
Marsol Academy komandaları əldə etdikləri nəticə ilə müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanaraq Antalyada keçiriləcək beynəlxalq mərhələdə iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, bu uğur Marsol Academy-nin “Gənc Sahibkar” qrupunun iştirakçılarının innovativ düşüncə tərzini, sahibkarlıq bacarıqlarını və qlobal səviyyədə rəqabət potensialını bir daha nümayiş etdirir. Beynəlxalq platformalarda iştirak gənclər üçün qlobal akademik mühitlə tanışlıq və gələcək inkişaf baxımından mühüm təcrübə hesab olunur.
11:30 15.03.2026
Oxunuş sayı: 58