Süni intellekt və elektron hökumət: Azərbaycan yeni dövrə qədəm qoyur
Dünyada süni intellekt hər gün daha da inkişaf edir. Bu inkişaf tək texnologiya sahəsinə deyil, bütün sahələrə öz təsirini göstərir. Həmçinin də dövlət idarəetmə sisteminə.
Birliyimiz kimi texnologiyanın inkişafı ilə dövlət sistemləri həm də onlayn platformalar halında fəaliyyət göstərməyə başladı. Lakin müasir dövrdə bu kifayət deyil.
Cənab prezident İlham Əliyevin 27 fevralda imzaladığı Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı sərəncamı da bu istiqamətdə atılmış böyük addımlardandır.
Sərəncama əsasən yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası dövlətimiz və cəmiyyətimizdə süni intellektin, texnologiyanın ən yaxşı şəkildə tətbiqi və təbliği məsələləri ilə məşğul olacaq.
Yaradılan şuranın fəaliyyəti istiqamətləri ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə fikirlərini Crossmedia.az-la bölüşüb:

"Hazırda texnologiya dünyada sürətlə dəyişir, inkişaf edir. Rəqəmsal idarəetmə və süni intellekt bütün dövlət sistemlərinə təsir edir. Bununla yanaşı, biznesin idarə edilməsi və cəmiyyətə də təsir edir. Azərbaycan bu trendlerden geri düşə bilməz. Geri düşmək bizim iqtisadiyyatımıza da, hərbi gücümüzə də ciddi təsir göstərəcək.
Qeyd etmək lazımdır ki Qarabağ müharibəsindəki qələbəmizdə dron faktoru çox böyük rol oynamışdı. Biz süni intellekt və rəqəmsal dövlət sahələrində ciddi addımlar atmalıyıq ki, cənab prezident İlham Əliyevin sərəncamı da məhz o istiqamətə yönəlib".
Deputat əlavə edib ki, fərmanda güclü iradə göstərilir:
"Biz bu transformasiyaya gedib maneələri aradan qaldırmalıyıq. Mehriban Əliyevanın da bu şuraya sədr təyin olunması məsələnin ciddiyyətini göstərir. Bu Azərbaycanın dövlətçiliyi və cəmiyyətimizin inkişafı üçün çox önəmlidir. Məhz bu şuranın rəhbərliyi bu transformasiyaya, keçidə ciddi dəstək, diqqət verəcək. Bu şuranın fəaliyyəti ilə nazirlərin fəaliyyəti daha sıx koordinasiya olunacaq. Və biz rəqəmsal idarəetməyə uğurla keçəcəyik. Mən buna inanıram. Mehriban xanımın digər layihələri də hər zaman uğurlu olub. İnanıram ki, bu şura da o uğurlu layihələrdən olacaq".
Ayhan
12:59 28.02.2026
Oxunuş sayı: 1099