Bu ərazilərdə qaz olmayacaq
Bu gün Xəzər rayonunun Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bəzi küçələrdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Məlumata əsasən, saat 10:00-dan etibarən bu ərazilərdə qazın verilişində fasilə yaranacaq.
09:27 20.02.2026
Oxunuş sayı: 476