Azərbaycan ordusunun 2026-cı il üçün prioritetləri açıqlanıb
Azərbaycan ordusunun 2026-cı il üçün prioritetləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
O, 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.
14:50 14.02.2026
Oxunuş sayı: 1258