Xalq yazıçısına sərt ittiham - niyə rus dilində yazırsan?
Ötən gün Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan dilində bir paylaşım edib və həmin paylaşımın altına rus dilində də əlavə yazıb. Bu isə cəmiyyətdə müzakirəyə səbəb olub. Belə ki, sosial şəbəkələrdə xalq yazıçısının rus dilinə önəm verilməsi ciddi qınaq obyektinə çevrilib.
Siyasi şərhçi Azər Həsrət yayılan müzakirələrlə bağlı Crossmedia.az-a açıqlama verib:

"Məsələ ondadır ki, yazıçının Azərbaycan dilini qorumaq üçün bir təşəbbüsü varmış və bunu maliyyələşdirməyiblər. Beləliklə, bunu yazıb azərbaycanca, ardınca da rusca yazıb. Həmin paylaşımın şərhlərində əksəriyyət rus dilində müzakirə aparır və Azərbaycan dilinə qayğının olmamasından şikayətlənir.
Görürsünüzmü, anormallıqdır. Siz də oradan Azərbaycan dilinin qayğısına qalırsınızsa, elə başda Çingiz Abdullayev olmaqla niyə rusca yazmağa zərurət duydunuz?"
Ekspert bundan əlavə olaraq rusca şərh yazanları da tənqid edib:
"Şərh yazanlar Azərbaycan dilinin qayğısına qalanlardısa, niyə öz fikirlərini rus dilində yazırlar? Həqiqətən də, rus dilinə bulaşanlar ondan qopa bilmirlər. Daha bir bariz nümunə: siz Azərbaycan dilinin qayğısına qalırsınızsa, Azərbaycan dili üçün nəsə etmək istəyirsinizsə, paylaşımınızı da yalnız azərbaycanca edin, müzakirənizi də yalnız azərbaycanca aparın. Ki, bu adamlar Azərbaycan dilinin qayğısına qalırmışlar.
Təbii ki, belə şeylərə biganə yanaşmaq olmaz".
Fatimə Məmmədova
15:15 14.02.2026
Oxunuş sayı: 1108