Qarabağdan köçən 30 min erməniyə vətəndaşlıq verildi
Qarabağı könüllü tərk etmiş ermənilərdən 30 min nəfər artıq Ermənistan vətəndaşlığı alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bildirib.
Nazirin sözlərinə görə, vətəndaşlıq əldə etmə prosesi xeyli sadələşdirilib və sürətləndirilib.
O qeyd edib ki, əvvəllər müvafiq elektron platformaya gündə orta hesabla 40 müraciət daxil olurdu. Hazırda isə bu rəqəm 200-ə qədər yüksəlib.
Sarkisyan əlavə edib ki, proses davam edir və müraciətlərin operativ şəkildə araşdırılması üçün müvafiq tədbirlər görülür.
19:02 13.02.2026
Oxunuş sayı: 734