Eldar Əzizov işdən çıxarılır
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Crossmedia.az xəbər verir ki, ökənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb.
Araşdırma zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb.
Belə ki, məlumatlı mənbənin verdiyi xəbərə görə, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.(Gununsesi.info)
09:55 12.02.2026
Oxunuş sayı: 641