Dövlət televiziyasında gözlənilməz an: canlı yayım şüardan sonra dayandırıldı
İranın Sistan və Bəluçistan əyalətində dövlət televiziyasının canlı yayımı zamanı gözlənilməz hadisə baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.İslam İnqilabının Qələbə Günü münasibətilə keçirilən rəsmi yürüşdən reportaj hazırlayan müxbirin bağlantısı zamanı efirdə ali lider Ayətullah Əli Xameneiyə qarşı şüar səsləndirilib.Şüar eşidildikdən dərhal sonra yayım kəsilib və görüntü bir neçə saniyə sonra tam dayandırılıb. Hadisənin izdihamdan birbaşa bağlantı zamanı baş verdiyi bildirilir.
Qeyd edək ki, İranda keçirilən bəzi etiraz aksiyalarında oxşar şüarlar səsləndirilir. Baş verənlərin təsadüfi texniki və ya redaksiya xətası, yaxud şüurlu etiraz olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.
15:45 11.02.2026
Oxunuş sayı: 1039