Ermənistan Rusiyanı 9 milyard dollara satır
ABŞ Ermənistana Rusiya atom energetikasından asılılığı azaltmaqda kömək edəcək.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Sənəd 9 milyard dollara qədər mümkün investisiyaları nəzərdə tutur və Amerika şirkətlərinə texnologiya, yanacaq və xidmətlərin ixracına çıxış imkanı yaradır.
Eyni zamanda, ABŞ şirkətləri ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən Ermənistan AES-in əvəzlənməsi ilə bağlı keçiriləcək müsabiqədə iştirak edə biləcəklər. Qeyd edək ki, söhbət atom elektrik stansiyasının kiçik modul reaktorlarla əvəz olunmasından gedir.
Turqut Ansari
13:18 10.02.2026
Oxunuş sayı: 375