"Qarabağ"ın pley-off şansı bir qədər də azaldı
"Qarabağ"ın UEFA Çempionlar Liqasında növbəti mərhələ şansları daha da azalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
Bu, əsas mərhələdə VII turun ilk oyunlarından sonra reallaşıb. Hazırda 7 xalla 25-ci pillədə qərarlaşan Azərbaycan çempionunun pley-off ehtimalı 33 faiz göstərilib.
VII turun ilk oyunlarından əvvəl bu rəqəm 36 faiz idi.
Qeyd edək ki, "Qarabağ" bu gün Bakıda Almaniyanın "Ayntraxt" kollektivi ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 21:45-də start götürəcək. Ağdamlılar yalnız qələbə sayəsində nəticəni öz xeyrinə dəyişə bilər.
22:26 21.01.2026
Oxunuş sayı: 1978