Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib - Yenilənib
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
23:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda daha iki qol vurulub.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 2:2 olub.
78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Chaibi komandasını hesabda irəli çıxarıb. 2 dəqiqə sonra isə Kamilo Duran Ağdam kollektivinin heyətində dublunu rəsmiləşdirərək yenidən hesaba tarazlıq gətirib - 2:2.
22:55
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
22:38
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
22:01
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.
21:55
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.
4-cü dəqiqədə Kamilo Duran fərqlənib.
21:53
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
23:42 21.01.2026
Oxunuş sayı: 1367