Türkmən briqadası terrorçulara göz dağı verdi: Türbə azad edildi
Karakozak kəndində yerləşən Süleyman Şah Türbəsi terror təşkilatlarından tamamilə təmizlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkmən Briqadası bildirib.
Briqadanın açıqlamasında qeyd olunur: “Buranı qorumaq vətənimiz və şərəfimiz qarşısında borcumuzdur.”
Eyni zamanda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalına və bütün kəşfiyyat zabitlərinə salamlar çatdırılıb.
Süleyman Şah – Osmanlı sülaləsinin ilk sultanının babası və Osmanlı Beyliyinin qurucusudur.
18:00 21.01.2026
Oxunuş sayı: 1170