ABŞ Qrenlandiyada hərbi addıma hazırlaşmır
Pentaqon hələ ABŞ hərbçilərinə Qrenlandiyada hərbi əməliyyat planı hazırlamaq üçün rəsmi göstəriş almayıb.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi müxtəlif fövqəladə hallar üçün hərbi ssenarilər üzərində işləyir, lakin adaya dair konkret tapşırıq hələ verilməyib.
Crossmedia.az bu barədəThe New York Times qəzetinə istinadən xəbər verir.
Məlumata görə, analitiklər nəzəri olaraq ABŞ hərbçilərinin Qrenlandiya ərazisində güc tətbiq etmə əməliyyatını həyata keçirməsinin çətin olmayacağını bildirirlər.
Lakin Pentaqon və yüksək rütbəli hərbi şəxslər Qrenlandiyanın işğalı ehtimalı ilə bağlı açıqlamalardan narazıdırlar.
Sevinc Yarməmmədova
17:30 21.01.2026
Oxunuş sayı: 895