AZAL-ın təyyarə qəzası ilə bağlı yekun hesabat xarici ekspertizadan sonra açıqlanacaq
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat xarici laboratoriyaların araşdırmaları başa çatdıqdan sonra dərc olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev məlumat verib.
Nazirin sözlərinə görə, faciə ilə bağlı toplanmış nümunələr əvvəlcə Rusiya və Azərbaycan tərəflərinə təqdim edilib. Daha sonra Azərbaycan həmin materialları xarici mütəxəssislərin qiymətləndirməsi üçün göndərib.
Sauranbayev bildirib ki, təyyarənin modul avionika bölməsi əlavə texniki analiz aparılması məqsədilə amerikalı bir tərtibatçı şirkətə göndərilib. Xarici laboratoriyalardan daxil olacaq nəticələr əsasında qəzanın səbəbləri ilə bağlı yekun rəy hazırlanacaq.
Qeyd olunub ki, beynəlxalq ekspertizanın cəlb edilməsi araşdırmanın obyektivliyinin və şəffaflığının təmin olunmasına xidmət edir.
17:16 21.01.2026
Oxunuş sayı: 1343