Tramp: ABŞ İranla nüvə danışıqlarına hazırlaşır
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehran nümayəndələri ilə görüşməyə razılıq verdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tramp jurnalistlərə açıqlamasında bildirib: “İran danışıqlar aparmaq istəyir, bəli. Biz onlarla görüşə bilərik. Yəni, bir görüş təşkil olunur”.
Reuters agentliyinin məlumatına görə, mümkün danışıqlar əsasən Tehranının nüvə proqramı ətrafında cəmləşəcək. Agentlik eyni zamanda ABŞ liderinin Vaşinqtonun İranın müxalif qüvvələri ilə də əlaqə saxladığını qeyd etdiyini vurğulayıb.
Məlumata görə, tərəflər arasında təmaslar davam edir və görüşün detalları hələlik açıqlanmayıb.
Nəzrin Abbas
09:21 12.01.2026
Oxunuş sayı: 2463