105 illik tarixə malik tatar qəzetinə son qoyuldu
Kazan şəhərində çıxan “Tatarstan Yäşläre” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1920-ci ildən nəşr olunurdu və 90-cı illərdə tirajı 300 mindən çox nüsxəyə çatırdı.
Crossmeda.az xəbər verir ki, son illərdə maliyyə problemləri üzündən qəzetin fəaliyyəti dayanıb.
Redaksiya dövlət qurumlarına müraciət etsə də, tatar dilində nəşr olunan qəzetin problemləri ilə maraqlanan olmayıb.
Baş redaktor Atlas Qafiyatov bildirib: “Biz maliyyə imkanlarının qalmadığını gördük. Üç il boyunca ciddi maliyyə çətinlikləri ilə üzləşdik, kimə yazdıqsa, heç bir nəticə olmadı”.
Bu qəzeti tatar dilinin yaşadığı və inkişaf etdiyi mühüm platformalardan biri hesab edirdilər.
Qafiyatov əlavə edib ki, hadisəni yalnız maliyyə səbəbləri ilə izah etmək düzgün deyil: “Belə şeylər hökumətin dəstəyi olmadan baş verməz. Kim məsuliyyət daşıyacaq, bu sual açıq qalır”.
11:23 11.01.2026
Oxunuş sayı: 1342