Paşinyan öz səlahiyyətlərinin hüdudlarını aşır- Hüquq müdafiəçisi
Hüquq müdafiəçisi Qohar Meloyan hesab edir ki, Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı atdığı addımlar seçkiöncəsi prosesin tərkib hissəsidir və xarici təsirlərin fonunda həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, o bu barədə “SputnikARM”-ə müsahibəsində bildirib ki, baş nazir Nikol Paşinyanın məqsədi erməni xalqının çoxəsrlik fundamental institutu olan AAK-nı siyasi diskursdan kənarlaşdırmaqdır.
Meloyanın fikrincə, bu cür cəhdlər ölkə üçün son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər. Hüquqşünas vurğulayıb ki, Paşinyan Kilsənin daxili işlərinə müdaxilə etməklə öz səlahiyyət və funksiyalarının hüdudlarını aşır.
23:48 10.01.2026
Oxunuş sayı: 2109