Xatəmi: Xalqı bu vəziyyətə gətirən hökumətdir
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə 14 gündür davam edən və yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması ilə nəticələnən genişmiqyaslı hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatəmi bildirib ki, xalqın etiraz etmək və dinc yürüşlər keçirmək hüququ var, lakin məscidlərin və dövlət binalarının yandırılması vandalizm hesab olunur və cəzalandırılmalıdır. Bununla yanaşı, o vurğulayıb ki, etirazçılara qarşı zorakılıq da qəbuledilməzdir.
Keçmiş prezidentin sözlərinə görə, insanları bu vəziyyətə gətirən hökumət və mövcud idarəetmə sistemidir. O qeyd edib ki, vətəndaşlar layiqli həyat, firavanlıq, yüksək əmək haqqı və pensiya tələb edirlər və bu tələblər ödənilmədiyi halda etirazların başa düşülən olduğunu deyib.
Xatəmi əlavə edib ki, insanlar övladlarını böyütmək, onlara yaxşı gələcək və keyfiyyətli təhsil vermək istəyirlər və dövlət bunu təmin edə bilmirsə, etirazlara normal yanaşılmalıdır.
20:22 10.01.2026
Oxunuş sayı: 2512