Nobel Komitəsində Trampa cavab: Sülh Mükafatı ləğv edilə və ya geri alına bilməz
Oslodakı Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının başqa bir laureatdan alınmasının və ya dəyişdirilməsinin hüquqi baxımdan mümkün olmadığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Komitə bildirib ki, Nobel Sülh Mükafatının ləğvi və ya geri qaytarılması nə Alfred Nobelin vəsiyyətnaməsində, nə də Nobel Fondunun Nizamnaməsində nəzərdə tutulub.
Qeyd olunub ki, Nobel Fondunun Nizamnaməsinin 10-cu maddəsinə əsasən, mükafat verən orqanın qəbul etdiyi qərardan apelyasiya şikayəti də verilə bilməz.
Xatırladaq ki, Donald Tramp daha əvvəl venesuelalı siyasətçi Mariya Maçadodan Nobel Sülh Mükafatının alınması ehtimalına eyham vurmuşdu.
20:16 10.01.2026
Oxunuş sayı: 2275